Tərəfdaşlarımız

Öz prioritetlərinə sadiq qalaraq “Caspian Crystal” şirkəti ən yaxşı Avropa istehsalçıları ilə əməkdaşlıq etməyə və işgüzar əlaqələr qurmağa çalışır.
“Caspian Crystal” şirkəti bu gün yerli bazarı Avropa və Amerikanın ən yaxşı istehsalçıları və şərab evlərinin yüksək keyfiyyətli məhsulları və içkiləri ilə təchiz edir.
Şirkət ən yaxşı istehsalçıların elit spirtli içkilərinin böyük seçimini təklif edir: kolleksiya şərabları – GCF (Fransa), RIEDEL (Avstriya), zərif konyaklar – Lognag Lheraud (Fransa), kalvados və sidr – Damaine Dupond (Fransa). Bunlarla yanaşı Surgiva, TY Nant və s. kimi Avropanın ən aparıcı istehsalçılarının spirtsiz içkilər assortimenti də mövcud olmaqdadır.
Bundan başqa “Caspian Crystal” şirkəti mükəmməl şərab kabinetlərinin istehsalçısı olan işgüzar əməkdaşı “EuroCave” şirkətinin sayəsində sizə öz evinizdə və ya ofisinizdə “şərab anbarı” yaratmaq imkanı verir.
“Caspian Crystal” şirkəti həmçinin Azərbaycana ekoloji cəhətdən təmiz, tərkibində GMO olmayan məhsullar idxal edir. İdxal olunan məhsulların assortimentinə Norway Royal Salmon(Norveç) ,Gulf Seafood( BƏƏ),Arti Seafood(Danimarka), Seafood line(Danimarka) – dəniz məhsulları(təzə və dondurulmuş); La Provencale – ət məhsulları (dana, donuz, toyuq); Lamb Weston – meyvə və tərəvəzlər; Veroni (İtaliya) – kolbasalar və s. daxildir. Biz Avropa Birliyi tərəfindən sertifikatla təsdiq olunmuş məhsullar təkilf edən yeganə şirkətik. Müxtəlif məhsulların tam assortimenti ən yaxşı Avropa zavodlarından bir başa çatdırılır və bu bizə müştərilərimizin arzularını həyata keçirməyə imkan yaradır.
“Caspian Crystal” şirkəti mütəmadi olaraq xarici əməkdaşları ilə birlikdə müxtəlif məhsulların master-klass və degustasiyalarını keçirir. Şirkət iqtisadi əlaqələrin genişləndirilməsi və dünya arenasında tanınması üçün beynəlxalq sərgilərdə iştirak edir.