Crystal Lounge

“Caspian Crystal” şirkəti Azərbaycanın xidmət bazarında aparıcı şirkətlərdən biridir. 2006-cı ildə bazara daxil olaraq “Caspian Crystal” şirkəti qısa bir vaxt ərzində Avropa keyfiyyətli xidmət göstərən şirkət kimi şöhrət qazandı.Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” “Beluga”, “Salvador Dali”, “Lord” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaratmışdır.
“Beluga” restoranı incə stil və rahatlığın hökm sürdüyü yüngül atmosferlə Sizi qarşılayacaqdır. Bizim suşi bar təkcə Yaponiya deyil, eləcə də Çin və Aralıq dənizi mətbəxi üzrə ixtisaslaşmışdır. Yeməklərin hazırlanmasında yüksək keyfiyyətli balıq və əla növ düyüdən istifadə edilir. Sizə milli Yapon xörəyi olan suşinin geniş çeşidini təklif edirik.
Bizim menyuda Siz milli Yapon mətbəxindən yeməklər tapa bilərsiniz: ən təzə balıq və başqa inqrediyentlərdən hazırlanmış suşi, rulolar, saşimi, klassik Yapon şorbaları, eləcə də yüngül və faydalı salatlar.Bizim suşi menyu Sizi assortimenti və əlverişli qiymətləri ilə təəccübləndirəcəkdir.
“Beluga” restoranı Sizə bu ecazkar və gözəl ölkə və onun mətbəxindən bir parça təqdim edir.
Ünvan: Yusif Səfərov küç. 23A.
“Crystal Plaza” 8-ci mərtəbə
Telefon: (+994 12) 496-49-99
İş vaxtı: 11:00-dan son müştəri gedənə qədər
Orta hesab: 25-30 AZN
Mətbəx: Yapon, Çin, Aralıq dənizi
Xüsusi cəhətləri: Pulsuz Wi-Fi, Canlı musiqi, Masa sifarişi, Kredit kartları ilə ödəniş, Banketlərin sifarişi