Missiya

Müasir Azərbaycanın inkişafı dövründə iqtisadiyyatda önəmli müvəffəqiyyətlər əldə olundu. İqtisadi resursların sürətli inkişafı və Azərbaycan iqtisadiyyatının dünya bazarına inteqrasiya prosesi “Caspian Crystal” şirkətinin ilk addımlarına effektiv təsir göstərdi.

İlk olaraq 2006-cı ildə “Caspian Crystal” şirkəti öz fəaliyyətinə restoran biznesi ilə başladı. Bu gün bizim şirkətimizin tərkibinə geniş miqyaslı və yüksək səviyyəli xidmətlər təklif edən 6 müxtəlif departament daxildir.

Biz müvəffəqiyyətlə restoran, keyterinq, ərzaq və içki məhsulları sahəsində xidmətlərimizi genişləndiririk.

“Caspian Crystal” şirkətinin fəaliyyəti yüksək peşəkarlıq, yeni texnologiya və korporativ idarəçilik prinsipləri əsasında qurulmuşdur. Bizim şirkətimiz ISO-22000:2005 standartıƏrzaq Təhlükəsizliyinin İdarə edilməsi sistemini HACCP (Sertifikat CH10/0718) prinsipləri əsasında tətbiq edir.

“Caspian Crystal” şirkəti keyfiyyətli ərzaq və xidmət vasitəsi ilə öz resurslarını müştərilərinin tələbatının tam təminatına istiqamətləndirmişdir. Şirkətimiz daima öz müştərilərinin istək və arzularını nəzərə alır.

Şirkətimiz bütün mühüm tədbirləri və hadisələri nəzərində saxlayır, yeni layihələr, proqramlar və sərgilərdə fəal iştirak edir. “Caspian Crystal” şirkəti hər il xarici tərəfdaşları ilə birlikdə öz məhsullarının dequstasiyasını təşkil edir. Eyni zamanda şirkətimiz Avropa ölkələri ilə qida məhsulları və içkilərin geniş idxal şəbəkəsinə malikdir.

Beynəlxalq şirkətlərlə tərəfdaşlıq quraraq “Caspian Crystal” şirkəti dünya iqtisadiyyatına inteqrasiya etmək və dünya bazarında beynəlxalq səviyyədə tanınmaq istəyir.

 

Bizim missiyamız: Qida, içki, restoran və keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaq

Bizim xidmətlərimiz: Azərbaycan əhalisini zəngin çeşidli ekoloji cəhətdən təmiz, kimyəvi əlavələrsiz, kolorant və QMO-suz qida ilə təmin etmək

Bizim hədəfimiz: Dünya iqtisadiyyatinda  əhəmiyyətli və beynəlxalq yer tutmaq və öz xidmətlərimizi müvəffəqiyyətlə təmsil etmək.