Tariximiz

“Caspian Crystal” şirkəti Azərbaycanın xidmət bazarında aparıcı şirkətlərdən biridir. 2006-cı ildə bazara daxil olaraq “Caspian Crystal” şirkəti qısa bir vaxt ərzində Avropa keyfiyyətli xidmət göstərən şirkət kimi şöhrət qazandı. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” “Beluga”, “Salvador Dali”, “Lord” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaratmışdır. “Caspian Crystal” şirkətinin fəaliyyətinin növbəti mərhələsi Avropanın ən yaxşı istehsalçılarından eksklyuziv qida məhsullarının idxalı olmuşdur. Ərzaq bazasının iş modeli şirkətin xarici əməkdaşlarının köməyi ilə yaradılmışdır və onun bütün Qafqaz regionunda analoqu yoxdur.
Eyni zamanda “Caspian Crystal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklyuziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. Birincilik ənənəsinə sadiq qalaraq “Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılmışdır. Şərab butikinin layihəsi və dizaynı fransız əməkdaşlarımızla birgə hazırlanmışdır. Bu şərablar elit müəssisələrə təqdim edilir və bizim VİP müştərilərimiz üçün nəzərdə tutulmuşdurlar.

“Caspian Crystal” şirkətinin əsas üstünlüyü onun həmişə bazar spesifikası üzrə mükəmməl biliyə malik olması və qüsursuz işgüzar nüfuzudur. Məhz bu üstünlüklər və restoran biznesində əldə olunan zəngin təcrübə “Caspian Crystal” şirkətinə fəaliyyətinin daha bir istiqaməti olan Səyyar Xidmətlər sahəsində də aparıcı mövqe qazanmağa imkan yaratdı. Yüksək ixtisaslı işçi heyəti, müasir texniki baza, Səyyar Xidmətlər Departamentinin quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidmətindəki təcrübəsi “Caspian Crystal” şirkətinin Azərbaycanda ən çox tələb olunan səyyar xidmətlər şirkətlərindən biri olmasına icazə verdi.

Şirkətimizin bütün işgüzar fəaliyyəti boyunca “Caspian Crystal” etibarlılığı, müasir keyfiyyət standartları ilə cəmiyyət, müştərilər və əməkdaşlar qarşısında məsuliyyət tələblərinə ciddi riayyət edərək biznesini idarə edən möhkəm və nüfuzlu şirkət kimi özünü sübut etmişdir.