Catering

Cateringİaşə sferasında ən dinamik inkişaf edən sektorlardan biridir.

  • Müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi;
  • Stasionar binalardan kənarda restoran xidməti, iaşə üzrə səyyar tədbirlərin təşkil edilməsi;

Səyyar xidmətin növləri:

  • Qidanın binada hazırlanması;
  • Qidanın binadan kənarda hazırlanması (səyyar restoran xidməti);
  • Çatdırılma haqqında müqavilə (ofisə çatdırılma);

Catering Sizin öz binanızda təşkil oluna bilər və ya biz Sizin tələblərinizə (tutum, yerləşmə, interyer və s.) uyğun olaraq müxtəlif məkanlar təklif edə bilərik.

İxtisaslaşmış Catering sistemi Sizi işçi heyətinizi heyrətə gətirəcək və əlbəttə ki, büdcənizə uyğun olacaq müxtəlif cana faydalı yeməklərlə gecə-gündüz təchiz edəcəkdir.

Siz  təqdim olunan menyu variantlarında istədiyiniz yeməklər və arzu olunan qiymət və s. uyğun olaraq dəyişikliklər edə bilərsiniz.

Səyyar Xidmətlər Departamenti öz fəaliyyətinə 2006-cı ildə restoran biznesi ilə başlamışdır. Zəngin təcrübə və iş potensialı Səyyar Xidmətlər Departamentinə 2009-cu ildə böyük miqyaslı neft layihələrində iştirak etmək imkanı yaratmışdır.

“Caspian Crystal” şirkəti bir neçə tender və iri miqyaslı neft layihələrində iştirak etmişdir: FHN- Xəzər dənizi xilasetmə xidməti; “Svetlomor-2” – geofiziki gəmisi; ASCO (ASCO ofisi, SPS və SB-3 bazaları), ATA YARD(AMEC, TEKFEN, AZFEN); Səhiyyə Nazirliyinin Səhiyyə sistemində İslahatlar layihəsi; “RapidSolutions”, “HydraSun” şirkətləri, SOCAR AQS LLS

1 İyul 2010-cu ildə “Caspian Crystal” şirkəti və ATA Konsorsium (Azfen, Amec, Tekfen) 10 milyon manat dəyərində müqavilə imzaladılar. Azfen dənizdə neft və qaz platformalarının inşaatı ilə məşğul olan şirkətdir, işçi heyəti 2 400, işlər gərgin olduğu təqdirdə isə 3 800-ədək nəfərdən ibarətdir / gündüz-gecə qidayla təmin edilir.

BP-ASCO  ( qazma qurğularının maddi-texniki resurslarla təminatı)- işçi heyəti 320 nəfərdən ibarətdir / nahar-şam. Baş ofis sutkada bir dəfə 16 nəfərlik isti naharla təmin edilir.

FHN- Fövqaladə Hallar Nazirliyi; Xəzər hövzəsi xilasetmə xidməti, işçi heyəti 150 nəfər, “Svetlomor-2” FHN( Fövqaladə Hallar Nazirliyi) geofiziki gəmisi – gəminin ekipajı 20 nəfərdən ibarətdir, geofiziki iş zamanı BP və “Fugro” – nun əlavə ekipajı-35 nəfər/   5 vaxt yemək.

“İndigo” mətbuat şirkətinin işçi heyəti 87 nəfərdən ibarətdir / nahar.

“Saba Cars”- işçi heyəti 34 nəfərdən ibarətdir / nahar / şam.

Karkas metalokonstruksiya zavodu- işçi heyəti 280 nəfərdən ibarətdir / nahar.

“Rapid Solutions”- baş ofis və 3 iş sagəsi, işçi heyəti 120 nəfərdən ibarətdir / nahar.

SOCAR- AQS LLS – işçi heyəti 25-40 nəfərdən ibarətdir / nahar.

Səyyar Xidmətlər Departamenti belə önəmli layihələrdə müsbət nəticələr əldə etmək üçün ən güclü və ən geniş bazaya malikdir. Bu baza məşhur Avropa brendlərinin ən yüksək keyfiyyətli qida məhsulları ilə təchiz edilir.

Biz ən yaxşı xidmət göstərən və Avropanın ən yaxşı istehsalçılarının yüksək keyfiyyətli qida məhsullarını idxal edən Səyyar Xidmətlər üzrə peşəkar bir şirkətik.

 

Bizim Departamentimizin uğurlarından biri də 2010-cu ilin may ayının 5-ində Azərbaycanda ilk dəfə ISO- 22000:2005(sertifikat CH10/0718)- “Qida məhsullarının təhlükəsizliyinin idarə olunması sistemi” Sertifikatını alması oldu. Sözü gedən sertifikatın əldə edilməsi üçün “Caspian Crystal” şirkətinin bütün işçi heyəti bir il ərzində beynəlxalq standartlar üzrə hazırlıq və peşəkar təlimlərdən keçmişdir.

Catering şirkətləri arasında Biz ilk olaraq bu sertifikatı aldıq.