Sertifikatlar

“Caspian Crystal” şirkəti yarandığı gündən etibarən daima inkişaf etməkdədir və öz fəaliyyət sahəsində dünya standartlarına cavab verməyə çalışır. Beynəlxalq qida məhsulları və Xidmətlər sərgilərində iştirak, xarici mütəxəssislərin cəlb edilməsi və  işçi heyətinin müntəzəm olaraq təlimdən keçməsi şirkətimizin ən mühüm fəaliyyət istiqamətlərinin əsasını təşkil edir.

“Caspian Crystal” şirkəti yüksək səviyyəli iaşə xidmətinə görə aşağıdakı şirkətlərdən təşəkkür məktubu almışdır:

“Səba Avtomobilləri Azərbaycan”, “AiF”,  “Kristal İnşaat” Şirkətlər Qrupu, “Kristal Motors”, “Caspian Petrol”, “AG Bank”, “İndigo”. “Caspian Crystal” şirkəti həmçinin 2008-ci ilin nəticələrinə görə restoran biznesi sahəsinə ən yaxşı şirkət kimi  “HUMAY”, 2009-cu ildə iaşə sahəsində ən yaxşı şirkət kimi BRAND AWARD AZƏRBAYCAN mükafatlarına layiq görülmüşdür.

Bütün bunlar “Caspian Crystal” şirkətinin nəinki Azərbaycan, hətta onun hüdudlarından kənarda da qəbul olunduğunun göstəricisidir.

“Caspian Crystal” şirkəti ərzaq məhsullarının təhlükəsizliyinin idarə olunması sistemini HACCP prinsipləri və ISO 22000:2005 tələbləri əsasında tətbiq etmişdir.

Müştərilərimizin ərzaq məhsulları ilə təchiz edilməsi bir çox təşkilatı birləşdirən çatdırılma zənciri ilə həyata keçirilir. Bu zəncirdə bir zəif bəndin olması məhsulun sağlamıq üçün zərərli hala düşməsi və korlanmasına gətirib çıxara bilər.  Qida məhsullarının istehsalının texnoloji zəncirindən zəif bəndlərin çıxarılması məqsədilə Beynəlxalq standart olan ISO-22000:2005- “Qida Məhsullarının təhlükəsizliyinin idarə olunması Sistemi” hazırlanmışdır.

Sistem Dünya səviyyəsində qəbul olunmuşdur. Bu gün Avropa Birliyi ölkələri, ABŞ, Kanada və s. ölkələrdə yeyinti sənayesində HACCP metodikasının tətbiqi mütləq sayılmaqdadır.

“Caspian Crystal” şirkətində ISO-22000:2005- “Qida Məhsullarının təhlükəsizliyinin idarə olunması Sistemi”  Beynəlxalq standartının tətbiqi 2009-cu ilin sonundan başlamışdır. Bununla əlaqədar olaraq şirkətdə mütəmadi olaraq SIDUS beynəlxalq konsaltinq şirkətinin eksperti xanım Sədəf Bağırovanın iştirakı ilə müxtəlif təlimlər və seminarlar, həmçinin xanım Viktoriya Prişepanın (SGS- Sociеtе Gеnеrale de Surveillance-müstəqil ekspertiza, sertifikasiya və laboratoriya araşdırmaları ilə məşğul olan beynəlxalq  şirkətin auditoru) iştirakı ilə auditlər keçrilir.

Uzun və gərgin işdən sonra 5 may 2010-cu ildə Biz ISO-22000:2005- “Qida Məhsullarının təhlükəsizliyinin idarə olunması Sistemi” sertifikatının aldıq. 2011-ci ilin aprel ayında biz auditor xanım Rodika Kirilyuk tərəfindən nəzarət auditindən keçdik və ikinci dəfə ISO 22000:2005 sertifikatına yiyələnməyə haqqımız olduğunu təsdiq etdik.  (göy ilə yazdığım saytda yoxdur, amma, məncə, qeyd edilməli məlumatdır)

Biz Azərbaycanda iaşə sahəsində buna nail olan ilk şirkətik.