Spirtli və Spirtsiz İçkilər Departamenti

2007-ci ilin noyabr ayında dünyanın hər tərəfindən gətirilən eksklyuziv şərablar və güclü spirtli içkilərlə təmin edilmiş “Wine City” şərab butikinin açılışı ilə “Caspian Crystal” şirkətinin yeni möhtəşəm layihəsi  həyata keçirildi. “Wine City” Amerika və Avropanın reytinq üzrə ən yaxşı istehsalçıları ilə əməkdaşlıq edərək kolleksiya edilmiş şərablar, aristokrat şampanları, mükəmməl konyaklar və armanyaklar, xeres, portveyn və viskilərin elit seçimini yarada bilmişdir.

“Wine City” mağazasının fərqləndirici üstünlüyü bazar xüsusiyyətini əla bilməsi və qüsursuz işgüzar reputasiyasıdır.

Azərbaycanda ilk dəfə “Wine City” mağazasında xüsusi sabit temperatur və sabit rütubət şəraitində 18000 şüşənin saxlanması üçün bütün tələblərə cavab verən şərab anbarı yaradılmışdır. Məhdud sayda olan bu şərablar elit müəssisələrə çatdırılır və bizim V.İ.P-müştərilərimizin sfarişi üçün nəzərdə tutulmuşdurlar.

Bundan başqa “Caspian Crystal” Sizə ev və ofinizdə də belə “anbar” yaratmaq imkanı verir. Buna görə biz mükəmməl şərab kabinetlərinin istehsalçısı olan fransız şirkəti ”Euro Cave”-yə minnətdarlığımızı bildiririk.

Dequstasiya zalının rahat şəraiti, mükəmməl pendirlərin geniş assortimenti Sizə Avropa, Amerika, Avstraliya və Afrikanın ən yaxşı şərab buketini layiqincə qiymətləndirməyə icazə verəcəkdir.

Avropada təlim keçmiş işçi heyəti müştərilərin istənilən arzularını düzgün müəyyən etməyə hazırdılar.  Təcrübəli somelyelər Sizə həmişə doğru seçim etməyə köməklik göstərəcəklər. Çox gözəl assortiment sayəsində Siz həmişə müvafiq qiymətə və zövqünüzə uyğun şərablar, həmçinin  Sizin fərdi keyfiyyətlərinizi nəzərə çarpdıran nadir millezimlər tapa bilərsiniz.