Caspian Crystal Gastronomy

“Caspian Crystal” Gastronomy – Qida məhsulları Departamenti “Caspian Crystal” şirkətinin bir hissəsidir. Departament bir neçə il ərzində aparıcı Avropa təchizatçılarından qida məhsullarının alınması və idxalında böyük proqress əldə etmişdir. “Caspian Crystal” Gastronomy müştərilərə məhsulları Avropa modeli ilə təchiz edilmiş topdansatış anbarından satın almaq imkanı yaradır. Məhsullar pərakəndə, topdan satış yolu ilə nağd pulla mal alan alıcılara yönəlmiş nağd ödəmə sistemi ilə təchiz olunmuşdur.

Satış və malların istənilən vaxt pulsuz çatdırılması xidməti üzrə müştəri xidmətləri sistemi uğurla fəaliyyət göstərməkdədir. Eksklyuziv sifarişlərin yerinə yetirilməsi üçün “sifariş masası” xidməti yaradılmışdır. Bölmə məsləhətçiləri sifarişləri telefon və e-mail vasitəsi ilə qəbul edirlər. Məhsulların saxlanma şəraiti ISO 22 000 standartının bütün tələblərinə cavab verir.