Bizim tariximiz

Caspian Crystal şirkəti Azərbaycanın xidmət bazarında fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. 2006-cı ildə xidmət bazarına daxil olan Caspian Crystal şirkəti qısa müddət ərzində Avropa keyfiyyətləri səviyyəsində xidmət göstərən şirkət kimi şöhrət qazanmışdır. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan şirkətimiz “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaratmışdır.
Caspian Crystal şirkətinin fəaliyyətinin növbəti mərhələsi Avropanın ən yaxşı istehsalçılarından eksklyuziv qida məhsullarının idxalı olmuşdur. Bütün Qafqaz regionunda analoqu olmayan ərzaq bazasının iş modeli şirkətin xarici əməkdaşlarının köməyi ilə yaradılmışdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaratmaq və “Gastronomy” pərakəndə və topdansatiş üzrə ilk mağazasını açmaq qərarına gəlir. Beləliklə, 2007-ci ilin dekabr ayında “Gastronomy-1″, 2010-cu ilin may ayında “Gastronomy-2″ və 2012-ci ilin fevral ayında “Gastronomy-3″ mağazalarının təntənəli açılışı olmuşdur.
Eyni zamanda Caspian Crystal şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklyuziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. Birincilik ənənəsinə sadiq qalaraq “Wine City” 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılmışdır. Şərab butikinin layihəsi və dizaynı fransız əməkdaşlarımızla birgə hazırlanmışdır. Bu şərablar elit müəssisələrə təqdim edilir və bizim VİP müştərilərimiz üçün nəzərdə tutulmuşdurlar. Müştəri təlabatının artmasını nəzərə alaraq 2012-ci ilin mart ayında “Wine City-2” mağazası fəaliyyətə başlamışdır.
Caspian Crystal şirkətinin əsas üstünlüyü onun həmişə bazar spesifikası üzrə mükəmməl biliyə malik olması və qüsursuz işgüzar nüfuzudur. Məhz bu üstünlüklər və restoran biznesində əldə olunan zəngin təcrübə Caspian Crystal şirkətinə fəaliyyətinin daha bir istiqaməti olan Səyyar Xidmətlər (catering) sahəsində də aparıcı mövqe qazanmağa imkan yaratdı. Yüksək ixtisaslı işçi heyəti, müasir texniki baza, Səyyar Xidmətlər Departamentinin quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidmətindəki təcrübəsi Caspian Crystal şirkətinin Azərbaycanda ən çox tələb olunan səyyar xidmətlər şirkətlərindən biri olmasına imkan yaratdı.
Şirkətimizin bütün işgüzar fəaliyyəti boyunca Caspian Crystal etibarlılığı, müasir keyfiyyət standartları ilə cəmiyyət, müştərilər və əməkdaşlar qarşısında məsuliyyət tələblərinə ciddi riayyət edərək biznesini idarə edən möhkəm və nüfuzlu şirkət kimi özünü sübut etmişdir.