Caspian Crystal şirkətinin Maliyyə Şöbəsinin fəaliyyətinə maliyyə məsələləri və şirkətin fəaliyyəti ilə bağlı olan sənədlərin tədqiqatı və nəzarəti daxildir.

Maliyyə Şöbəsinin vəzifələrinə aşağıdakılar aiddir:

 

 

  • Aktual, obyektiv və müqayisəli informasiyanı təmin etmək məqsədilə maliyyə durumu, iqtisadi nəticələr və pul vəsaitlərinin hərəkəti hesabatının tərtibi
  • Bütün maliyyə əməliyyatlarının yerinə yetirilməsi
  • Bank hesabının aparılması və müvafiq hesabatın tərtibi
  • Hesabların ödənilməsi
  • Xərclərə nəzarət və vasitələrə qənaət
  • Maliyyə riskləri və vergilərin idarəsi
  • Potensial vergili və vergisiz gəlirlərin müəyyənləşdirilməsi, gəlirlərin artması üzrə tədbirlərin görülməsi, bunların yerinə yetrilməsində nəzarətin həyata keçrilməsi
  • Mühasibat uçotu və şirkət üzrə prosedurların standartlarının təyin edilməsi, müqavilələrin yerinə yetirilməsinə nəzarət
  • Gəlir və xərclər haqqında illik balans hesabatının tərtibi və bu işdə ciddi nəzarətin tətbiq edilməsi
  • Yekun hesabatın hazırlanması
  • Büdcə və dəyişikliklər üzrə layihələrin hazırlanması