Caspian Crystal şirkətinin Xarici İqtisadi Əlaqələr Şöbəsinin fəaliyyəti xarici tərəfdaşlarla əməkdaşlıq, beynəlxalq münasibətlərin inkişafına təkan verən müxtəlif perspektivlərin nəzərdən keçirilməsi və yerinə yetirilməsinə yönəlmişdir. Şöbə idxalın iqtisadi təsiri, iqtisadi struktur və ayrı-ayrı region və sektorlarda səmərəliyin iqtisadi qiymətləndirilməsinin tədqiqi və təhlili, proqnozlaşdırılması üçün yaradılmışdır. Xarici İqtisadi Əlaqələr Şöbəsi konfranslarda iştirak edən xarici biznes komitələr ilə görüşlər və ikitərəfli danışıqlar təşkil edir.

Caspian Crystal şirkətinin Xarici İqtisadi Əlaqələr Şöbəsinin əsas funksiyaları:

•Caspian Crystal şirkətinin dünya arenasında iqtisadi siyasətinin mükəmməlləşdirilməsində iştirak etmək

•Beynəlxalq təşkilatlar, beynəlxalq və regional iqtisadi ittifaqlarla qarşılıqlı əlaqələrin qurulması
•İkitərəfli regional əlaqələr və çoxtərəfli ticari əlaqələrin inkişafı üzrə təkliflərin təkmilləşdirilməsi
•Ticari balansın təhlili və məsləhətlərin hazırlanması

•Beynəlxalq sazişlər üzrə vəzifələrin yerinə yetirilməsinin təhlili, müvafiq nəticə və təkliflərin hazırlanması
•Xarici ticarətin tədqiqi, regional iqtisadi əməkdaşlıq, beynəlxalq ticarət sistemi və onların təsiri, dünya iqtisadiyyatının inkişaf dinamikası və böyük iqtisadiyyatın siyasət və təcrübəsinin inkişafının idarə edilməsi