Caspian Crystal   şirkətinin yarandığı gündən fəaliyyət göstərən şöbələrindən biri də Marketinq və Reklam şöbəsidir.  Caspian Crystal şirkətinin Marketinq və Reklam Şöbəsinin vəzifələrinə bazar araşdırması, marketinq strategiyası, pr və reklam, promouşn, müştərilər arasında sorğu aparmaq, brendinq və ictimai əlaqələr daxildir. Marketinqin predmeti Caspian Crystal şirkətinin fəaliyyətinin təşkili, planlaşdırılması və idarə edilməsi, onun birbaşa bazara istiqamətləndirilməsidir. Bütün bu vəzifələr Marketinq və Reklam Şöbəsinin bir neçə əsas funksiyalarında cəmlənirlər. Marketinq və Reklam Şöbəsi aşağıdakı funksiyaları yerinə yetirir:

- Marketinq mühiti, marketinqin idarə edilməsi prosesi, marketinqin planlaşdırılması və marketinq kompleksinin inkişaf etdirilməsi

- Məlumat jurnalının reklam və marketinq strategiyasının aparılması

- Mövcud olan və potensial müştərilərlə əlaqələr

- Reklam aksiyalarının keçirilməsi

- Şirkətin və departamentlərin promouşn ilə təchizatı

-  Xüsusi tədbirlər, banket və dequstasiyaların təşkili

-  Fəal müştərilər üçün güzəşt kartlarının təşkili.

- Reklam və dizayner fəaliyyəti

- Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi.

Caspian Crystal şirkətinin məqsədi Azərbaycan bazarında öndə gedən şirkətlərdən biri olmaq və daim “Müştəri məmnuniyyətini” təmin etməkdir.