Caspian Crystal şirkətinin nəzdində fəaliyyət göstərən Kadrlar şöbəsinin vəzifələri aşağıdakılardır:

Kadrlar şöbəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əməkdaşların işə qəbulu, başqa vəzifəyə təyin edilməsi, işdən azad edilməsinin qeydiyyat işlərini həyata keçirir.

Rəhbərlik tərəfindən təşkil edilmiş iclas və təlimlərdə kadrlarla əlaqədar gələcək planların hazırlanmasında iştirak edir.

İşçilərin əmək kitabçalarının uçotunu aparır, həmçinin şöbələr üzrə struktur, ştat cədvəli, məzuniyyət  və işçilərin dislokasiya qrafiklərini tərtib edir.

Əməkdaşların işə qəbulu, işdən azad edilməsi, attestasiyası məsələləri üzrə müvafiq şəxsi işləri hazırlayır.

Yeni işçiləri əmək dissiplini, daxili qaydalara riayət edilməsi, həmçinin şirkətin rəhbərliyinin əmrlərinin, sərəncamlarının şərtsiz, dəqiq və vaxtında  yerinə yetirilməsi haqqında məlumatlandırır.

İaşə üzrə işçilər ISO 22000:2005 Beynəlxalq standartlarına uyğun olaraq işə götrülür, ərzaq təhlükəsizliyinə aid olan yazıların sistematik nəzarəti aparılır.

Caspian Crystal şirkətinin bütün Departamentlərinin illik inventarizasiyasını yerinə yetirir.

 

Kadrlar şöbəsinin səlahiyyətləri:

Şirkətin bütün şöbə əməkdaşları ilə ünsiyyət qurulmaq

Bütün şöbələrdə kadrlarla bağlı hesabat aparmaq

Bütün şöbələrdən zəruri materialların (məlumat, planlar, hesabat və s.) təqdimatını tələb etmək

Kadr seçimi ilə bağlı şöbələr və digər şirkətlərlə əlaqələr yaratmaq