Caspian Crystal şirkəti ərzaq məhsullarının təhlükəsizliyinin idarə olunması sistemini HACCP prinsipləri və ISO 22000:2005 tələbləri əsasında tətbiq edir.

Müştərilərimizin ərzaq məhsulları ilə təchiz edilməsi bir çox təşkilatı birləşdirən çatdırılma zənciri ilə həyata keçirilir. Bu zəncirdə bir zəif bəndin olması məhsulun sağlamlıq üçün zərərli hala düşməsinə, korlanmasına gətirib çıxara bilər. Qida məhsullarının istehsalının texnoloji zəncirindən zəif bəndlərin çıxarılması məqsədilə Beynəlxalq standart olan ISO-22000:2005- “Qida Məhsullarının təhlükəsizliyinin idarə olunması Sistemi” hazırlanmışdır. Sistem dünya səviyyəsində qəbul olunmuşdur. Bugün Avropa Birliyi ölkələri, ABŞ, Kanada və s. ölkələrdə yeyinti sənayesində HACCP metodikasının tətbiqi mütləq sayılır.

Caspian Crystal şirkətində ISO-22000:2005- “Qida Məhsullarının təhlükəsizliyinin idarə olunması Sistemi” Beynəlxalq standartının tətbiqi 2009-cu ilin sonundan başlamışdır. Bununla əlaqədar olaraq şirkətdə mütəmadi olaraq SIDUS beynəlxalq konsaltinq şirkətinin eksperti xanım Sədəf Bağırovanın iştirakı ilə müxtəlif təlim və seminarlar, həmçinin xanım Viktoriya Prişepanın (SGS-Sociеtе Gеnеrale de Surveillance-müstəqil ekspertiza, sertifikasiya və laboratoriya araşdırmaları ilə məşğul olan beynəlxalq şirkətin auditoru) iştirakı ilə auditlər keçirilir.

Uzun və gərgin işdən sonra 5 may 2010-cu ildə biz ISO-22000:2005- “Qida Məhsullarının təhlükəsizliyinin idarə olunması Sistemi” sertifikatını aldıq. 2011-ci ilin aprel ayında auditor xanım Rodika Kirilyuk tərəfindən yenidən nəzarət auditindən keçərək ikinci dəfə ISO 22000:2005 sertifikatına yiyələnməyə haqqımız olduğunu təsdiq etdik.