2006-cı ildə bazara daxil olan "CASPIAN CRYSTAL" qısa bir zamanda Avropa səviyyəli xidmətləır təklif edən bir şirkət kimi tanınmağa başladı. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan və lyuks klass restoranlar şəbəkəsi yaradan "CASPIAN CRYSTAL" şirkəti ən yaxşı Avropa istehsalçılarından eksklyuziv qida məhsulları idxal etmək qərarına gəlir.

"CASPIAN CRYSTAL" şirkətinin əsas üstünlüyü ondan ibarətdir ki, o, bazarın spesifikasını çox yaxşı bilir və əla işgüzar reputasiyaya malikdir. Məhz bu üstünlükləri və restoran biznesində əldə etdiyi zəngin təcrübə "CASPIAN CRYSTAL" şirkətinə imkan verdi ki, daha bir fəaliyyət sahəsində - keyterinq sahəsində aparıcı mövqelərdən birini tutsun.

Yüksək ixtisaslı personal, müasir texniki baza, həm quruda, həm də neft platformaları və açıq dənizdəki gəmilərdə səyyar qida xidmətləri göstərmək təcrübəsi "CASPIAN CATERING" şirkətinin ən çox sifariş alan keyterinq şirkətlərindən birinə çevrilməsinə imkan yaratdı.

Yeni Zellandiyanın SILENI şərabları Azərbaycanda

İyun ayının ortalarında Bakıya «Caspian Crystal » şirkətinin spirtli və spirtsiz içkilər departamentinin dəvəti ilə Yeni Zellandiyanın tanınmış şərabçılıq təsərüfatı sahibkarı Qrem Everi təşrif buyurmuşdur....
davamını oxu..

“Caspian Crystal” şirkəti restoran biznesi və qida sənayesi sahəsində baş verən bütün əhəmiyyətli hadisələri və tədbirləri diqqətlə izləyir.

Şirkət
Gulfood (Dübay, 24-27 fevral 2008),
Sial (Paris, 19-23 oktyabr 2008),
Seafood Expo (Brüssel, 22-24 aprel 2008 və 28-30 aprel 2009),
ProdExpo 2009 (Moskva, 09-13 fevral 2009),
TuttoFood (Milan, 10-13 iyun 2009) ,
Sirha (Fransa, 24-28 yanvar, 2009)
kimi böyük sərgilərin iştirakçısı olmuşdur.
daha ətraflı..

Öz təyinatına sadıq olaraq “Caspian Crystal” şirkəti Avropa və Amerikanın ən qabaqcıl istehsalçıları ilə ilə əməkdaşlıq edir. Bu gün “Caspian Crystal” yüksək keyfiyyətli ərzaq malları və Avropanın ən yaxşı şərab evlərindən gətirilmiş şərablar deməkdir...


Partnyorlar səhifəsinə keçid..